"Ermənipərəst qüvvələr sosial şəbəkələri tədricən ölkəmizə qarşı mənəvi terror “vasitəsi”nə çevirir"

31-07-2020, 11:11 81 dəfə baxılıb

XXI əsr yeni texnalogiyalar və rəqəmsal cəmiyyət əsridir. Ənənəvi mətbuatın yerini elektron media, sosial şəbəkələr sürətlə tutmaqdadır. Bu yenilik həm istənilən informasiyanı tez ötürmək, həm də tez əldə etmək imkanları yaradır. Bir andaca doğru və ya yalan məlumat bütün dünyanı dolaşa, onu çaşdıra, ya da doğru yönləndirə bilər. Bütün bunlar dövlətləri informasiya-kommunikasiya sahəsinə xüsusi diqqət yetirməyə vadar edir. Bunsuz irəli getmək, təhlükələri önləmək, cəmiyyətin bütövlüyünü, əhəngdarlığını və sürətli inkişafını təmin etmək mümükünsüzdür.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı və sonrakı mərhələdə, həmçinin bu ilin iyul ayında Tovuz rayonu istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media və digər onlayn platforma istifadəçilərinin müəyyən bir qismi erməni və digər ölkələrin xüsusi xidmət orqanlarının və "çirkli işlər" üçün istifadə olunan bəzi azərbaycanlı jurnalist, bloger və digərlərinin apardıqları dezinformasiya, əks-təbliğat və qara piar kimi kampaniyaların qurbanı oldu və bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuolunmaz kontentin təbliğatçısına çevrildilər:

"Həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də xarici ölkələrdə baş verən qarşıdurmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurulma və saxta məlumatlara əsaslanaraq gecə-gündüz təbliğ edənlərin əsas məqsədi Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləmək məqsədi daşıyır.

Eyni zamanda, bəzi xarici dairələrin müəyyən dairələrinin, qeyri-hökümət təşkilatlarının ölkəmizdə polisin qanuni hərəkətlərini pisləməsi, amma özlərində ciddi qanun pozuntularına ciddi-cəhdlə haqq qazandırmaqları ölkəmiz haqqında mənfi fikirlərin formalaşmasına yönəlmişdir. Əlbəttə, burada xaricdəki ermənipərəst mərkəzlərin Azərbaycana qarşı çirkin kompaniyasının izləri də görünür. Ona görə də Ermənistanın növbəti hərbi təxribatı zamanı Azərbaycana qarşı ədalətsiz münasibəti qətiyyətlə pisləyirik.

Bununla bağlı qeyd etmək istərdik ki, Azərbaycanın uğurları, son günlər Tovuz istiqamətində Ermənistanın sərhədimizi top atəşələrinə tutaraq hərbiçilərimizi və mülki əhalini qətlə yetiməsi ilə bağlı xaricdəki diasporamızın keçirdiyi möhtəşəm dinc etiraz aksiyalar ermənilərin terrorist və faşist ideologiyasını ifşa etdi. Bundan ermənipərəst və digər qüvvələr hərəkətə keçərək ölkəmizə qarşı yeni qarayaxma kompaniyası başlatmışlar. Heç bir həqiqətə uyğun gəlməyən məlumatlar yayır, guya insan haqlarının pozulduğunu deyirlər. Sosial şəbəkələri tədricən mənəvi terror "vasitəsi"nə çevrilər.

Ermənistanda dinc etirazçılar gülləboran edilirlər, polis, hətta hərbiçiləri cəlb edərək dinc nümayişçilərə qarşı insanlığa sığmayan qəddarlıq nümayiş etdirir. Amma bu qəddarlığı ya demokratiya adlandırır, ya da üstündən sükutla keçirlər. Azərbaycanda isə ictimai-siyasi sabitliyi pozanlara qarşı hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri, məhkəmə qərarları insan haqlarının pozulması kimi qələmə verilir. Niyə? Ölkəmizə təyziq etmək, öz maraqlarını diqtə etmək üçün.

Xaricdə oturub Azərbaycan dövlətinə və xalqına iftiralar yağdıran "internettvçilər" bir dəfə də olsun Erməistanın təcavüzündən danışmadılar, hamını birliyə çağırmadılar. Demədilər ki, Qarabağı azad etmək üçün indiki məqamda siyasi fəaliyyətinizi müvəqqəti olaraq dayandırın, ölkədə xarici qüvvələrin təxribat törətməsinə imkan verməyin, düşmənlərimizə birlik göstərin ki, qüvvələrimizi 1990-cı illərdəki kimi parçalıyıb o faciələri bizə yaşatmasınlar. Bu olardı onlar tərəfindən atılacaq və xalqa fayda verəcək ilk addım olardı. Amma nə baş verdi? Vətənpərvər yürüş iştirakşılarının böyük əksəriyyətinin evlərinə getməsi, qalanların isə daha da yorularaq, eyni zamanda emosiyalara qapadaraq təxribata sürüklədilər. Şuşanımı alırdıq Milli Məclisin binasına basqın edib oranı dağıdanda? Axı, bu Milli Məclis Azərbaycan dövləti deməkdir. Dövlətin əsas sütunlarından biridir. 1992-ci ilin may "Faciə" yürüşünü təkrar etmək istəyənlər bu dövlətin və xalqın düşmənləridir. Birmənalı!".

B.Əliyev bildirib ki, müəyən dairələrin siyasi və maliyyə dəstəyi ilə xarici ölkələrdəki bəzi soydaşlarımızın da Azərbaycan xalqına və dövlətinə qarşı utancverici çıxışları, böhtanları bir məqsəd güdür: xalqın birliyini pozmaq, insanlarda gələcəyə ümidsizlik aşılamaq, milli-mənəvi dəyərləri sistemyaradıcı əsas amil kimi dağıtmaq və məğlubiyyətlə barışmağa sövq etmək:

"Təəssüf ki, düşmən də bunu edir, bəzi azərbaycanlılar da. Bu isə daha təhlükəlidir. Ona görə ki, bu, düşmənə özünün vəhşiliyini, cinayət əməllərini azərbaycanlıların adına yazmağa imkan yaradır.

İnkişaf etmiş ölkələr də artıq anlayırlar ki, sosial şəbəkələr asanlıqla nəzarətdən çıxaraq istənilən cəmiyyətə, mədəniyyətə dövlətə, xalqa, ayrıca bir fərdə real təhlükə yaradır. Sosial şəbəkə vasitəsilə terror aktları, zorakılıq, insan alveri, qaçaqmalçılıq, narkoticarət və bu kimi təhlükələr asanlıqla təşkil edilir və həyata keçirilir. Ona görə də Almaniya, Fransa, ABŞ, Türkiyə və başqa ölkələr sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qanunlar qəbul etdirlər. Həmin ölkələrdə qəbul edilmiş qanunlar əsasında sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı alınacaqdır.

Azərbaycanda bu sahədə müəyyən boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca isitfadə edərək öz məkrli fəaliyyətlətlərini həyata keçirirlər. Hesab edirik ki, mili-mənəvi dəyərlərimizin, milli birliyimizin, ərazi bütövlüyümüzün, süverenliyimizin, bütövlükdə müstəqilliyimizin qorunması məqsədilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmalıdır. Dünyada baş verən və gələcəkdə baş verə biləcək təhlükələri önləmək baxımından bu, bizim milli təhlükəsizliyimizin əsas məsələlərindən birirdir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR