Yoxsul ölkələr peyvənd üçün 2024-cü ili gözləyəcək Böyük acgözlük...

15-12-2020, 23:41 209 dəfə baxılıb

Dünyada koronavirusa qarşı peyvənd inkişaf etdirmə çalışmaları davam edərkən bəzi ölkələr peyvənd almaq üçün "yarışa girib." Təstiqlənməmiş və ya hələlik nəticəsi bilinməyən peyvəndlərin 53 faizi zəngin ölkələr tərəfindən sifariş olunub. Yoxsul ölkələrin isə peyvənd almaq üçün 2024-cü ilə qədər gözləmək məcburiyyətində qalacağı bildirilib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ümumilikdə 1 milyarddan çox, Kanada 358 milyon, Birləşmiş Krallıq 355 milyon, Yaponiya 290 milyon, Avstraliya 134 milyon 800 min doza peyvənd sifariş edib.

Kanada, əhalisinin təxminən 5 dəfə, Birləşmiş Krallığın isə təxminən 3 dəfə peyvəndləməyə yetəcək qədər sifariş verdiyi bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR