RASİM MƏMMƏDOV BACISINA NİYƏ NƏZARƏT ETMƏYİB?-QANUNA ZİDD AD GÜNÜNƏ GÖRƏ

23-12-2020, 10:51 240 dəfə baxılıb

Vətəninfo.az xəbər verir ki, Təhsil nazirinin sadəcə olaraq şiddətli töhmət verdiyi 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın özünə təmtəraqlı ad günü keçirməsi Azərbaycan cəmiyyətində şiddətlə qınanmaqdadır.
Bu qınağın ən başlıca səbəbi isə 44 günlük Vətən müharibəmizdə şəhid olan Vətən oğullarının şəadətə qovuşmalarının 40 günü tamam olmaması, məktəb direktorunun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə təmtəraqlı ad günü keçirməsidir.
Nailə Məmmədova layiq olduğu cəzanı TN-dən almasa da, ona xalqın verdiyi qınaq yəqin ki, yetərli olmalıdır.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki,Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun da bacısıdır və adı müxtəlif vaxtlarda müəyyən qalmaqallarda hallanıb.
Maraqlıdır, görəsən hər açıqlamasında ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini,rüşvətxor,qanunları tanımayan məmurlara qarşı mübarizə apardığını bəyan edən Rasim Məmmədov bacısının qanunları tapdalaması,xüsusi karantin rejimi bir yana,şəhidlərimizin 40 günü tamam olmadan belə bir addım atmasına necə münasibət bildirəcək?
Yəqin ki,cənab Məmmədov bir üzr bəyanatı yayımlayar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR