“Livanlı erməni Maralın qanunsuz olaraq Şuşada nə işi var ki, "haqqı" da "tapdana"?..

9-01-2021, 23:02 157 dəfə baxılıb

Son günlər Ermənistan mediası və sosial şəbəkələrdə yerli ermənilərlə yanaşı, xarici ölkə vətəndaşlarının da Qarabağda itkin düşməsi barədə məlumatlar paylaşılır, beynəlxalq təşkilatlarda bu haqda hay-küy qaldırmağa çalışılır.

Moderator.az xəbər verir ki, belə “hüquqları tapdananlar”dan biri də Livan vətəndaşı Maral Nadjaryandır. Məlumata görə, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlmiş Nadjaryan Şuşa şəhərində itkin düşüb.

“Fotodakı şəxs Livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal olunur ki, hazırda əsirdir. Müharibə vaxtı Maral “vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - Armin Danielyan adlı erməni belə yazıb.

Ermənistanın Diaspor İşləri üzrə baş komissarı Zareh Sinanyan isə “Sputnik Ermənistan”-a müsahibəsində M.Nadjaryanın guya hazırda Azərbaycanda əsir saxlanıldığını və Avropa İnsan Haqları Məhkəməsinin bu işlə məşğul olduğunu bildirib.

Ermənicə “Sputnik Armeniya”nın məlumatında deyilir ki, Maralın Ermənistan Respublikası və Livan Respublikası vətəndaşlığı var. Ötən il 4 avqustda Beyrutda baş verən partlayışdan sonra 29 avqustda bacısı ilə birlikdə Ermənistana köçüb. Onlar Qarabağda yaşamaq arzularını bildiriblər və yaşayış üçün kirayə ev tapmadan öncə Şuşa şəhərindəki otellərdən birinə yerləşdiriliblər. 44 günlük müharibədən sonra bacılar Gorusa köçüblər, lakin əmlakları Laçında qalıb. Atəşkəs elan edildiyi gün, 10 noyabrdan isə Maralın başqa bir livanlı tanışı Vigen Yevlekyanla birlikdə Laçına, daha sonra Şuşaya getmələri haqda məlumat var. Bundan sonra da onlar yox olublar...”

Zəruri izahat:

Lap döyüşlərə qatılmasa, terrorçu olmasa belə, Azərbaycan Respublikası sərhəddini qanunsuz keçərək Laçın və ya Şuşaya gəlmiş və bu yerlərdə qeyri-qanuni məskunlaşan Livan vətəndaşının Azərbaycan tərəfindən hansısa haqqının, hüququnun tapdanmasından danışmağa nə özünün, nə də başqa birisinin, hər hansı beynəlxalq qurumun belə, əsası yoxdur. Belə xarici vətəndaş əgər Azərbaycan ərazisində saxlanılıbsa, öncə qanunlarımıza uyğun cəzalandırılmalıdır. Ölkəmizə qarşı döyüşlərə qatılıbsa da, təbii ki, cəzası daha ağırlaşır... Bir sözlə, Livanlı Maralın Azərbaycandan icazəsiz Laçında, Şuşada nə işi var ki?..


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR