Vilayət Eyvazov polkovnikə yeni VƏZİFƏ VERDİ - ƏMR

25-02-2021, 19:33 158 dəfə baxılıb

Binəqədi rayon Polis İdarəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Fuad Əliyev təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində rəis müavini vəzifəsində çalışıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR