Mövsüm Alışov: Məqsədimiz uşaqların hərtərəfli inkişafına nail olmaq, onlarda özünəinam hissi formalaşdırmaqdır
1-12-2022, 12:26
161 dəfə baxılıb

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "İdrak" liseyin təsisçisi, professor Mövsüm Alışovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "İdrak" liseyin təsisçisi, professor Mövsüm Alışovdur.
"İdrak" liseyin təsisçisi, professor Mövsüm Alışov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mövsüm Alışov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "İdrak" liseyin təsisçisi, professor Mövsüm Alışova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
2008-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən "İdrak" liseyi şəhərimizin ilk milli özəl məktəbidir.
Yaşıllıqlarla əhatə olunmuş geniş həyətyanı sahəyə malik olan lisey S.Vurğun küçəsi 2. ünvanında yerləşir. Lisey binası DİN-nin xüsusi əməkdaşları tərəfindən 24 saat mühafizə olunur. Binanın həyətində yerləşən müasir tələblərə cavab verən mini futbol meydançası şagirdlərin sevimli məkanlarındandır. Binaya daxil olarkən ilk olaraq qarşımıza çıxan "Fidan" məktəbəhazırlıq qrupu öz rahat otaqları, rəngarəng avadanlıqları, mehriban və peşəkar personalı ilə 5 yaşlıların xidmətindədir. Liseyin məktəbəhazırlıq proqramını keçən uşaqlar liseyimizin qəbul imtahanında uğurla iştirak edirlər, lisey həyatına çox tez və asan adaptasiya olunurlar. Proqram savad təlimi, riyaziyyat, ətraf aləmlə tanışlıq, informatika, ingilis-dili və rus-dili məşğələlərini əhatə edir. Məşğələlər oyun formasında təşkil olunur. Uşaqlar eyni zamanda musiqi, idman, şahmat, rəqs kimi fəaliyyətlərlə də məşğul olur, vaxtaşırı müxtəlif tədbirlərdə və ekskursiyalarda da iştirak edirlər.
Müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları , laboratoriyalar və zəngin kitabxana, şagirdlərimizə səmərəli öyrənmə mühiti yaratmaq üçün geniş imkanlar açır.
Peşəkar müəllimlər tərəfindən tədris olunan və arxivləşdirilən media dərslər vasitəsilə şagirdlər evdə müəllimlərin izahını dəfələrlə izləyə və dinləyə bilirlər. Beləliklə dərs prosesi 45 dəqiqənin hüdudlarını aşmış olur.
Əsas məqsədimiz uşaqların hərtərəfli inkişafına nail olmaq, onlarda özünəinam hissi formalaşdırmaqdır. Liseyin həftəlik fəaliyyət planına daxil edilən əlavə məşğələlər (rəsm, rəqs, şahmat, idman, musiqi və s. ) məhz bu məqsədə xidmət edir. Bütün şagirdlərin fərdi inkişaf dinamikası izlənir, vaxtaşırı onların psixoloji durumu və intellektual səviyyəsi yoxlanılır və təlim-tərbiyə işinin təşkilində hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınır. Bununla yanaşı problemləri aradan qaldırmaq üçün səviyyə məşğələləri təşkil olunur.
Sistematik, davamlı və keyfiyyətli tədris prosesi bizə ali məktəblərə 100%-lik qəbul zəmanəti vermək imkanını yaradır.
Hər il liseyimiz yeni şagirdlərə qucaq açır. Onlar bu gözəl tədris ocağında xoşbəxt böyüyür, maraqlı məktəb həyatı yaşayırlar. Asudə vaxtlarında təşkil olunan maraq dairələrini əhatə edən məşğuliyyətlər, inkişafetdirici trennqlər, tədbirlər, gəzinti və ekskursiyalar onların həyatını daha maraqlı edir, dünyagörüşlərini zənginləşdirir. Qəbul etdiyimiz hər bir şagird bizim üçün yeni bir kəşf, yeni bir nailiyyətdir. Məzun etdiyimiz və universitetlərdən xoş sorağını eşitdiyimiz tələbələrsə bizim fəxrimizdirlər.
loading...
OXŞAR XƏBƏRLƏR