Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.

29-03-2023, 13:36 89 dəfə baxılıb

Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.


“Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkiləcək “Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişəri başlanıb. Şəhidlərimizin və qazilərimizin tanıdılması üçün “Ana laylasıyla çağırdı Vətən” sənədli filminin ilk çəkilişi 18 mart 2023- cü il tarixində şəhid Rəşad Ələkbərlinin anası, müharibə veteranı Nailə Ələkbərovanın evində aparılıb. Şəhid Rşadımızın anası Nailə bacımızın dəvəti ilə Rəşadın döyüş dostları, müəllimi, yaxınları və qohumları çəkilişlərdə iştrak edərək Rəşad haqqında öz xatirələrini göz yaşları ilə danışdılar. Layihənin icrası Gəncə və Lənkəran şəhərində həyata keçiriləcəkdir. Tədbirlərə müharibə iştirakçıları, şəhid ailələri dəvət olunacaq. Filmin təqdimat tədbirində filmin diskləri paylanılacaqdır.
Filmdə iki qazi ana və onları şəhid oğullarının həyatını əks etdirən hekayəti canlandırcağıq. Beləki Rəşad Ələkbərovun anası Nailə Ələkbərova 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb, Sevil Hüseynova isə Ağdam-Füzuli cəbhələrində işğalçılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. Bu iki gənc, şəhidlər Ələkbərov Rəşad və şəhid Zaur İsmayılzadə də Vətənin sevgisini qazi analarından öyrənib, vətənpərvərlik tərbiyəsini, ilk növbədə, onlardan alıblar. Filmdə hər iki ananın övladlarının mərd, igid və vətənlərini sevərək böyüməsində onların vətənpərvərlik hissi məhz qazi anaların öz oğullarına verdikləri bu tərbiyəninn əticədə onların 2020-ci il sentyabrın 27-də Vətənin azadlığı uğrunda başlanan ölüm-dirim savaşına qoşulmalarına təkan verən əsas qüvvə oldu.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlananVətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Anası kimi... Özü də ailənin yeganə övladı olan Rəşad müharibəyə gedəndə anası ona deyib ki, yeganə dayağım sənsən. Rəşad isə cavab verib ki, qazi ananın övladı Vətən uğrunda savaşda mütləq iştirak etməlidir və bunu qarşımda dayanan anamdan öyrəndim. Rəşad Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub.
Filmdə Rəşadın dayısı professor Faiq Ələkbərlidə öz ürək sözlərini deyəcək.
Azərbaycanın yeni tarixinin yazılması bizim əsas vəzifəmizdir.
Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin!!!
Tariximizi yaradanları unutmarıq unutdurmarıq.!!!
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Həqiqət Tarixi Araşdırmalar ictimai birliyinin həyata keçirdiyi “Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkiləcək “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirləri Gəncə və Lənkəran şəhərlərində keçiriləcəkdir.
Layihə rəhbəri Elnarə Abbasova


Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR