Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar

Bu gün, 05:36 10 dəfə baxılıb

Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar


Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb.

“Bununla bağlı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq”, - o bildirib.

V.Cahangiri əlavə edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.

Qeyd olunub ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcək.


Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - FotolarAzərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - FotolarAzərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR