Anar Hüseynov daha yüksək vəzifəyə aparıldı

7-01-2019, 14:04 460 dəfə baxılıb

Anar Hüseynov daha yüksək vəzifəyə aparıldı

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal


Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb/

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumatı təsdiqləyiblər.


Anar Hüseynov daha əvvəllər "Asan Xidmət" mərkəzinin mətbuat katibi vəzifəsində çalışıb.

***

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

Modern.az-a daxil olan məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

V.Hüseynov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR