“Fövqəlnazir”in saytından Prezident İlham Əliyevə qarşı təxribat (FOTO)

27-07-2020, 12:43 497 dəfə baxılıb

“Fövqəlnazir”in saytından Prezident İlham Əliyevə qarşı təxribat (FOTO)


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyyələşdirildiyi iddia olunan axar.az saytının ərəb dili bölümündə dərc olunan yazıda Prezident İlham Əliyev xəyanət və qorxaqlıqda ittiham olunub.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz “facebook”da paylaşım edib.

Sayman Aruzun yazdığına görə, məqalədə İlham Əliyevin Qarabağı geri almaq fikrinin olmadığı və Rusiya ilə Azərbaycan hakimiyyəti arasında hansısa alverin getdiyi vurğulanıb.

Qeyd edək ki, Sayman Aruzun sosial şəbəkədə paylaşımından sonra sözügedən məqalə saytdan çıxarılıb. Saytda dərc olunan məqalənin məqsədli şəkildə Prezident İlham Əliyevə qarşı təxribat olub-olmadığı bilinmir.

Sayman Aruzun paylaşımının görüntülərini təqdim edirik:
“Fövqəlnazir”in saytından Prezident İlham Əliyevə qarşı təxribat (FOTO)
“Fövqəlnazir”in saytından Prezident İlham Əliyevə qarşı təxribat (FOTO)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR