Bakı neçə ballıq zəlzələyə tab gətirər? – Ekspert paytaxt binalarının etibarlılıq əmsalını açıqladı

4-11-2020, 10:04 269 dəfə baxılıb

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov yeni binaların 9 bal zəlzələyə davaml inşa edildiyini, lakin digər əksər binaların yararsız vəziyyətdə olduğunu bildirib:

"2012-ci ildən sonra binaların təhlükəsizliyi ilə bağlı normativlərə dəyişiklik olunub. Belə ki, hər mərtəbənin yoxlanılması və təhlükəsizlik normativlərinə diqqət artıb. Buna görə də 2012-ci ildən sonra inşa olunan binaların dözümlülüyü daha yüksəkdir.

Köhnə yaşayış binaları, istismar müddəti bitən binalar var ki, onların dözümlülük səviyyəsi təbbii olaraq daha aşağıdır. Şəhərin çox hisssəini təşkil edən 5 mərtəbəli binalar var ki, onların əksəriyyətinin istismar müddəti bitib. Onlara nəzarət mexanizmi yoxdur və yoxlanışdan keçmirlər”.

Ekspert hesab edir ki, sözügedən binalar dərindən təhlil olunmalı, risklər araşdırılmalıdır:

"Zəlzələyə davamlılıq memarlıq və binaların konstruksiyasından aslıdır. Türkiyədə zəlzələ nəticəsində dağılan binalar 1970-80-ci illərdəkirayə bazarına tələbatdan dolayı tikilən binalardır ki, bunların da təhlükəsizliyinə lazımı diqqət yetirilməyib. Ona görə də 6 bal gücündə zəlzələyə davam gətirmədilər.

Bizdə 2007-ci ildən sonra inşa olunan binaların bu cür zəlzələ nəticəsində dağılma ehtimalı azdır. Lakin köhnə binalarda yəni, istismar müddəti bitmiş binalrda bal şkalası təbii olaraq daha aşağıdır.

Düzdür, Sovet hökuməti müəyyən normativlərə əsasən həmin binaları tikib, amma istismar müddəti deyilən bir anlayış var və bu müddət bitəndən sonra risk çoxalır. Həmin binaların altında kommunikasiya xətləri köhnəlib və qrunt suları əmələ gəlib”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR