Cənub meşələri talan olunur - FOTOLAR

6-05-2021, 12:20 147 dəfə baxılıb

Son vaxtlar cənub bölgəsinin meşələri ilə bağlı ardı-arası kəsilməyən ziddiyyətli xəbərlər barədə elektron poçtumuza vətəndaş şikayətləri gəlməkdə davam edir.Həmin vətəndaşlar bizlərə göndərdikləri fotolarda və təqdim etdikləri video sujetlərdə meşələrin necə qəsdən talan olunmasının şahidi oluruq.
Çox təəssūflər olsun ki ,bu biabırçı olayların baş verdiyi ūnvan ,məkan bəlli olsada həmin əraziyə cavabdeh olan məsul şəxslərin xətrinə dəyən tapılmır ki tapılmır.
Hansı sehirli əl onları bu qanunsuz əməllər olmamış kimi müdafiə edir?
Söhbət bu sahəyə birbaşa cavabdeh olan cənub bölgəsinin baş ekoloqu Əlza in müəllimlə Lənkaran regional meşə təsərrüfatı idarəsinin rəisi keçmiş hərbçi Füzuli müəllimin iş birlyindən gedir.Biz Media işçisi kimi,ictimai nəzarətin bir qolu olaraq meşələrin planlı və məqsədyönlü şəkildə talan edilməsi ilə bağlı nə qədər tənqidi yazılar yazsaqda,şəxsən hər iki şəxsin özünə video faktlarla sujetlər göndərsəkdə onlar ölçü götürmək əvəzinə bizimlə təhdid dilində danışır,səsimizi yazmaqla bizi hədələyir və bizə qarşı ölçü götürəcəkləri ilə hədə-qorxu gəlirlər.

Təbii Sərvətlər və Ekologiya nazirliyinin -1-saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Əlzamin müəllim hitler Almaniyasının gestapası kimi səsimizi yazmaqla bizi susdurmaq istəyir.Keçmiş hərbçimiz Füzuli müəllim isə bizləri daim farağat durmamaqda suçlayaraq çox vaxtı etdiyimiz telofon zənglərinə cavab vermir.

Amma neyniyək ki şikayətlər durmadan davam edir.Əldə etdiyimiz məlumatlara görə bu şikayətlər hələ aşkar olunanlardır,necə deyərlər aysberqin görünən hissəsidir.
Vətəndaş bizə göndərdiyi müraciətdə Astara rayonu Motlayataq kəndi meşə gözətçisi Musafir Nəcofovun qanunsuz əməllərindən bəhs edir. Vətəndaş israrla qeyd edir ki ,asfalt yolun sol tərəfində axan çayın o biri tərəfində geniş otlaq sahələri mövcuddur.Burdakl sahənin yuxarı tərəfi üzü dağa tərəf meşə zolağıdır.Burdakı ağacları çox kortəbii üsulla qırıb məhv edirlər.Qalın tros məftili ağacın orta hissəsinə bağlayaraq qaz 66 maşınla çəkib qırırlar.Qalan hissələrinidə kökündən çıxarıb satırlar.Ən dəhşətlisi odur ki şəhidlərin adından sui istifadə edərək əllərinə fürsət düşmiş kimi öz bizn eslərini genişləndirirlər.
Şikayətçi qeyd edir ki,ərazi icra nümayəndəliyində -5-şəhid ailəsi var.Onlardan hansınınsa evinə bir maşın odun aparmaqla fürsətdən maksimum dərəcədə faydalanaraq qalan daşımaları öz çirkin məqsədləri üçün istifadə edirlər.Bizə verilən bilgilərə görə bu meşə cəlladları şəhid adından istifadə edərək 60-maşından çox odun aparıb satıblar.Hələ bundan öncə hərbiyə odun adı altında -40- (qırxa yaxın) kamaz maşını ilə yaş ağaclarıda bəzən doğrayıb aparıblar.Bütün bu biabırcı olaylar,yaşıl "soyqırım"Nəcəfov Müsafirin gözətçilik etdiyi və Bəyəliyev Muxtarın gözətçilik etdiyi Lənkəran rayonu Tükeser kəndi (bəlkədə Türkəncil) ərazisində baş verən qanunsuzluqlardır.Vətəndaş bizə ünvanladığı müraciətində bu acınacaqlı özbaşınalıqlara son qoyulmasını,təbii sərvətlərimizin, meşələrimizin bir qrup işbazlar tərəfindən dağıdılıb talan edilməsinə qarşı etirazını bildirərək aidiyyatı qurumlardan,hüquq-mühafizə orqanlarından kömək gözləyərək imdad diləyir.Bizdə üzümizi Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Firdövsi müəllimə,Lənkəran Regional Ekologiya vı Təbii Sərvətlər idarəsinin rəisi Əlzamin müəllimə,Lənkəran Regional meşə təsərrufatı idarəsinin rəisi Füzuli müəllimə və digər cavabdeh məsul şəxslərə tutaraq bildirir ki, bu biabırçı olaylara yaxşı olardı ki, nəhayət öz münasibətlərini bildirsinlər. Susmağa üstünlük verməsinlər.
Biz də son olaraq Media qurumu,xəbər portalı, internet tv və ictimai nəzarətin bir qolu olaraq cənub meşələrində baş verən bu olayları daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfində mövqeyini öyrənməyə,dinləməyə və dərc etməyə hazırıq.

Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR
Cənub meşələri talan olunur - FOTOLAR



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR