Yelsini Qarabağdan Gəncəyə niyə qaçırtdılar?

30-08-2018, 10:54 500 dəfə baxılıb

Yelsini Qarabağdan Gəncəyə niyə qaçırtdılar?


SSRİ dağılandan sonra Rusiya prezidenti olan Boris Yelsinin Dağlıq Qarabağa səfəri və orada baş verənlərlə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Yelsinin təhlükəsizliyini təmin edən general-mayor Boris Ratnikov həmin hadisələri belə xatırlayır:

- Bizdə prezidentin səfərləri ilə bağlı esktrasenslərin məsləhətlərini dinləyirdilər. Onlar liderə qarşı ola biləcək addımlardan xəbər verirdilər və bir çox hallarda bu doğru çıxırdı. SSRİ dağılmışdı, lakin Yelsin yenicə müstəqil olan ölkələr arasında birləşdirici rol oynamağa çalışırdı. Qarabağda artıq toqquşmalar başlanmışdı və Yelsin ora getməyə qərara gəldi. O hesab edirdi ki, onun Qarabağa səfəri hər şeyi yoluna qoyacaq. Lakin ekstrasesnlər deyirdilər ki, Yelsin bölgəyə səfər edərsə, bu, vəziyyəti daha da çətinləşdirəcək və Qafqazda böyük müharibəyə səbəb olacaq. Yelsin isə buna inanmadı və səfəri hazırlamaq üçün mən Azərbaycana gəldim. Azərbaycan prezidenti Ayaz Mütəllibovla vəziyyət haqqında danışdım, biz 40 dəqiqə müzakirə apardıq. Qərara gəldik ki, Yelsini Qarabağa uçmamağa inandırmaq lazımdır. Mütəllibov bunu öz öhdəsinə götürdü. Yelsin Azərbaycana gəldi və ziyafət quruldu. Mütəllibov içmədi, lakin Yelsin içdi. Yelsinin içdiyini görən Mütəllibov ona Qarabağa getməməyin ən doğru yol olacağını başa salmağa cəhd etdi, lakin Yelsin “Yçacam, amma səni özümlə aparmayacam” dedi. Daha sonra Yelsin Qazaxıstanın prezidenti Nursultan Nazarbayevlə danışdı və ona Qarabağa birlikdə getməyi təklif etdi. Onlar birlikdə Qarabağa uçdular. Mən və Mütəllibov ikinci vertolyotla onların arxasında getdik. Hər iki vertolyot yerə endi: birindən Nazarbayevlə Yelsin çıxdı, digərindən Mütəllibovla mən. Yelsin Mütəllibovu gördü və hirsləndi. Dedi ki, “mən onu görmək istəmirəm. Mən bilmədim nə edim. Sonra Mütəllibovu binada mühafizə ilə qoydum və ondan xahiş etdim ki, Yelsinin gözünə görünməyin. Daha sonra Yelsinin çıxış etməsi üçün xüsusi yer hazırlandı. 30 metr aralıda milislərdən canlı sədd yaradıldı. Həmçinin, “Alfa” xüsusi təyinatlılarına tapşırıq verdim ki, camaatı irəli gəlməyə qoymasınlar. Yelsin sülh şəraitində yaşamaq haqqında alovlu nitqinə başladı, lakin gözlənildiyi kimi, insanlar irəli şığıdılar və torpaqlarının ermənilərə verildiyinə görə etiraz etməyə başladılar. “Alfa” insanların qarşısını güclə alırdılar, lakin onlar geri çəkilmirdi. Bu vaxt Yelsin geri çəkildi və biz onunla Nazarbayevi Gəncəyə aparmağa məcbur olduq. Yelsin dilxor olmuşdu və əhvalının düzəlməsi üçün Gəncəyə gələn kimi yenidən içdi və yatdı. Onun sülh missiyası belə başa çatdı. Ardınca həqiqətən də Qarabağda böyük müharibə başlandı. Ekstrasenslərin proqnozları doğru çıxmışdı.

Faktor.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR