"MODERN HOSPİTAL" -a gedən ya ölü çıxır ya yarımcan

21-10-2018, 14:35 522 dəfə baxılıb

"MODERN HOSPİTAL" -a  gedən ya ölü çıxır ya yarımcan

Səhiyyəmiz haqda yazanda rayon xəsəxanalarının birində baş vermiş hadisə yadıma düşür.

Gecə növbəsində olan həkim palata olan hamilə qadınla, nevroz olan, yuxusuz kişinin iynələrin səhv salmışdı. Hamilə qadın səhərə kimi daş kimi yatmış, nevroz kişi səhərə kimi gücənmişdi..


Əslində gülməli də deyil, faciədir. Ölkədə bir belə müsir xəstəxana, diqnostika mərkəzi tikilsin, amma səhiyyən bərbad ola.

Korrupsiya və rüşvət bəlanın yarısıdır. İnsan varından-yoxundan keçib sağlamlığına qovuşmaq istəyir, diaqnoz səhv olur, yaxud müalicə düz aparılmır. Ona görə kasıblar müalicə üçün İrana, varlılar Almaniya, İsrail və s dövlətlərə üz tutur.


Mozalan.az xəbər verir ki. dövlət xəstəxanası bir qırağa, bəh-bəhlə reklam olunan pullu klinikalar vətəndaş üçün təhlükəlidir.
“Modern Hospital”da dalbadal iki faicə baş verib.Bunlardan biri haqda “Obyektiv.info” xəbər yayıb:

“18 avqust 2018-ci il tarixində "MODERN HOSPİTAL”ın "Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital”da müalicə etdilər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital”ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi Səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”.”



İkinci hadisə isə daha böyük faciəyə səbəb olub.

Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Səhiyyə Nazirliyi , konkret olaraq nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi faktla araşdırmaya başlayıb.

Ölən şəxsin mətbuata müraciət edən yaxınları mərhumun həkim səhvi nəticəsində dünyasını dəyişdiyini iddia edirlər.


Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılır.

Araşdırma bitməmiş “Modern Hospital” belə bir açıqlama yayıb ki, guya xəstə əməliyyatdan sonra pəhrizə əməl etməyib deyə tikişlər sökülüb. Nəticədə ölüb.

Buna artıq ad vermək də olmur. Birinin ayağnı, birinin həyatını əlindən al, həm də suçlu çıxar.

Bu yerdə müəllifini unutduğum şer yadıma düşdü :



Cərrahların kefi sazdır,

Həkmin əlinə düşən qazdır.

Yolub deyir, tükü azdır.

Daha "tüküm" yoxdur mənim,

Xəstəliyim çoxdur mənim.

Axı niyə, neyçün, nədən,

Suallarım çoxdur mənim.

Min cür dərdə dözmür bədən,

Dərman pulum yoxdur mənim.


Diş ağrıyır, baş ağrıyır,

Dilim acı olub mənim.

Böyrəklər qara bağlıyır,

Qanım qatı olub mənim.


Ləkələnib qara ciyər,

Ödə söz desən inciyər.

Ağrısından adam yeyər,

Mədəm sallanıbdır mənim.


“Artıq ət” kəsib atıldı,

Bağırsaqsa lap çatıldı.

Burun da işə qatıldı,

Bütöv yerim yoxdur mənim.


Anemiya, revmatizma,

Həkim etdi cızma-pozma.

Antibiotik peredozla,

Disbakterioz aldı məni.


Həkim bir-iki olardı,

Xəstənin halna yanardı.

Sözlə adam sağaldardı,

Daha sözüm yoxdur mənim.


Mirzə Qoquş


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR