Xaçmaz polisinin təşkilatçılığı ilə “Gəlin narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

8-02-2019, 19:37 406 dəfə baxılıb

Xaçmaz polisinin təşkilatçılığı ilə “Gəlin narkomaniyaya yox deyək” adlı tədbir keçirilib


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZEREİNFO.TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin təşkilatçılığı ilə Xudat şəhər 2 və 3 saylı tam orta məktəblərində şagirdlərlə “Gəlin narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, həmçinin məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmov şagirdlərə müasir dövrümüzün ən ağır bəlası olan “ağ olüm” haqqında geniş məlumat verib. Polis rəisi bildirib ki, narkotik vasitələrin alüdəçisi olan şəxslər onun zərərlərindən qurtula bilmirlər, günü-gündən cəmiyyətdən təcrid olunmağa başlayırlar. Məhs bu maddələrdən istifadə edən şəxslərdə asılılıq yaranır, narkotik maddələrin əldə etmək imkanı olmadıqda isə hətta cinayət törətməyə belə çəkinmirlər. N.Məhərrəmov onu da qeyd etdi ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hər bir şəxs fəal olmalı, onlara öz köməkliklərini göstərməlidirlər.

Şagirdlərə dini radikalizm haqqında da danışan polis rəisi, Azərbaycanda din azadlığı olduğunu və hər bir şəxsin dini inanclarına hörmətlə yanaşıldığını bildirdi. O, multikultural dəyərlərin, dini dözümlülüyün bir Azərbaycan gerçəkliyi olduğuna diqqət çəkərək, bütün dinlərə tapınan insanlar arasında heç bir ayrı-seçkilik aparılmadığını, ölkəmizdə mövcud olan dini tolerantlığın dünya üçün nümunə olduğunu dedi.

Daha sonra çıxış edənlər polis əməkdaşları tərəfindən keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildiriblər.

Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR