ŞOK! 12 uşaq saxta dərmandan ölüb-AZƏRBAYCANDA

15-10-2015, 13:38 826 dəfə baxılıb

ŞOK! 12 uşaq saxta dərmandan ölüb-AZƏRBAYCANDA











“3-12 yaşlı 12 uşaq qəflətən keçinib. Tibbi Ekspertizanın gəldiyi rəy budur ki, ölüm hallarının hamısına səbəb qəbul etdikləri dərman pereparatlarının verdiyi allergiya şoku olub”

Bu sensasiyalı məlumatı Mətanət Təyyar adlı xanım Facebookda paylaşıb.

Xanımın iddiasına görə, dərmən qəbulundan sonra reaksiya o qədər güclü olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. “Onlar ya evdə, ya da xəstəxanaya aparılarkən keçiniblər. Hal hazırda polis bu işlə əlaqədar araşdırma aparır. Amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb”.

Mətanət Təyyar yazıb ki, ilkin araşdırmanın nəticələri barədə rəy də var. “Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.

Xəbəri yayan xanım həmçinin təhlükəli olan dərmanların siyahısını da verib:

-Amoksosilin;
- Kapesula;
- Ubuprofen (suspenziya);
- Alklofenak;
-Sumamed;
- İnqalipt;
- Antisept;
- İnflyusid;
- Panadol (uşaq üçün);
-Sanasol.


Məlumatı yayan xanım Facebook vasitəsi ilə bütün valideynlərə müraciə də ünvanlayıb: “Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar yığışdırılana qədər məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb Ketotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdı”.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Məsələni diqqətdə saxlayacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR