“MTN olayı”nın yeni fiqurları: daha bir general və iş adamı məhşər ayağında

27-10-2015, 11:53 804 dəfə baxılıb

“MTN olayı”nın yeni fiqurları: daha bir general və iş adamı məhşər ayağında














Nizaməddin Həmidov və Fərid Baxşəliyevi ağır günlər gözləyir

MTN-nin Madi-texniki təminat Baş İdarəsinin rəisi, general Nizaməddin Həmidov Eldar Mahmudov olayı ilə bağlı istintaqa cəlb ediləcək. Bu barədə redaksiyamıza özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, N.Həmidovun istintaqa cəlb edilməsini zəruri edən başlıca amil onun nazirliyin təsərrüfat balansında olan, təsərrüfat ehtiyaclarını ödəmək üçün ayrılan xeyli miqdarda vəsaiti mənimsəməsi ilə bağlı şübhələrdir. Mənbə N.Həmidovun imzası ilə təsidqlənmiş bir çox sənəddə ciddi uyğunsuzluqların aşkar edildiyini və bu səbəbdən də adıçəkilən generalın fəaliyyətinin təftişinə qərar verildiyini bildirin.
Mənbənin sözlərinə görə, N.Həmidovla yanaşı Green Garden şirkətinin rəhbəri Fərid Baxşəliyevin də istintaqa cəlb ediləcəyi gözlənilir. MTN və ona məxsus müəssisələrin yaşıllaşdırma işlərini həyata keçirən F.Baxşəliyevin birgə həyata keçirdikləri bəzi layihələrdə ciddi maliyyə maxinasiyalarına yol verdiyi ehtimal edilir. Odur ki, “MTN nəhənglərinin” istintaqı üzrə ilkin mərhələ başa çatar-çatmaz N.Həmidov və F.Baxşəliyevin də istintaqına start veriləcəyi gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR