Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi

29-11-2019, 11:21 284 dəfə baxılıb

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı keçmiş maliyyə naziri Fikrət Yusifovu özünün sosial-iqtisadi məsələlər üzrə müavini təyin edib.

Bu barədə Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Fikrət Yusifov 1957-ci ildə doğulub. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnustutunu bitirib.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək maliyyə naziri vəzifəsində işləyib.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.

2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edib və onun sədri seçilib.

Ailəlidir, dörd övladı var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR