Bilet sata-sata gəlib bu yerə çıxmışdı... - Həbs olunan icra başçısı haqda daha bir məqam

6-05-2020, 00:24 278 dəfə baxılıb

Bilet sata-sata gəlib bu yerə çıxmışdı... - Həbs olunan icra başçısı haqda daha bir məqam

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) keçirdiyi əməliyyat zamanı rayonun icra başçısı Vilyam Hacıyevi saxlayıb.

Unikal.org-un araşdırmasına görə, 10 avqust 1957 -ci ildə Göygöl şəhərində anadan olan Vilyam Hacıyev ilk əmək fəaliyyətinə Gəncə (Kirovabadda) aeroportunda bilet satmaqla başlayıb. O hava limanın o vaxtı rəhbərliyinin göstərişi ilə “qara bazar”da baha qiymətə təyyarə bileti satırmış.

Bilet satışı onu havada “uçmağa” sövq edir. Elə bu məqsədlə 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirməsinə gətirib çıxarıb.

Bir sıra vəzifələrdə çalışdıqdan sonra, 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR