“Rusiya azərbaycanlı qaçqınları Dağlıq Qarabağa qaytarmağa hazırdır”

17-11-2020, 23:03 266 dəfə baxılıb

Rusiya azərbaycanlı və erməni qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılmasına dəstək verməyə hazırdır. Rusiya xarici işlər naziri Sergey Lavrov belə deyib.

“Qaçqınlar məsələsinə gəldikdə, bura həm azərbaycanlı, həm erməni qaçqınlar daxildir-onlar beynəlxalq humanitar hüququn normalarına tam uyğun olaraq, təhlükəsiz və könüllü şəkildə öz ənənəvi yaşayış yerlərinə qaytarılmalıdır”,-Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya xarici işlər naziri əlavə edib ki, qaçqınlara əvvəlki yaşayış yerlərində məskunlaşmaq üçün kömək göstərilməlidir, xüsusən də həmin yerlər döyüş əməliyyatlarına məruz qalıbsa və bərpa işləri tələb olunursa.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi bu məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurerelə görüşdə müzakirə edib. “Burada əlbətdə, beynəlxalq təşkilatlar da öz rolunu oynamalıdır və biz buna hərtərəfli dəstək verəcəyik. Qayıtmaq istəyənlərə mümkün qədər tez kömək etmək, bunu maksimal təhlükəsiz, maksimal komfort situasiyada etmək lazımdır”,-Lavrov belə deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR