Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı üçtərəfli bəyanatın pozulmasıdır - RƏSMİ BAKI

27-05-2021, 10:43 157 dəfə baxılıb

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter”də bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

"Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR