Şuşanın icra başçısı: Ermənilər Azərbaycandakı yaşayışı görüb, bizim tərəfə keçəcəklər

28-12-2015, 12:55 731 dəfə baxılıb

Şuşanın icra başçısı: Ermənilər Azərbaycandakı yaşayışı görüb, bizim tərəfə keçəcəklər
















“Onlara bütün güzəştlər ediləcək”

Dağlıq Qarabağda olan ermənilər ürəklərində özlərini Azərbaycan vətəndaşı hesab edirlər. Ancaq qorxularından bunu açıq deyə bilmirlər.

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşanın Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Qarabağın azərbaycanlı icması və erməni tərəfi həmişə görüşmək istəyir, ancaq Ermənistanın hazırkı hakimiyyəti ermənilərə görüş üçün şərait yaratmır.

Onun sözlərinə görə, sadə ermənilər bilir ki, Azərbaycan vətəndaşı olsalar, onlara bütün güzəştlər ediləcək, digər azsaylı xalqlar kimi firavan həyat sürəcəklər:

“Ermənistan hakimiyyəti də belə vəziyyətdə çətinliyə düşməmək üçün görüşə imkan yaratmır. Onlar bilir ki, ermənilər bizimlə görüşsələr, Azərbaycandakı xoş yaşayışı görüb, bizim tərəfə keçəcəklər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR