Nazir iki rəis müavinini sərəncama göndərdi

6-02-2024, 09:32 137 dəfə baxılıb

Nazir iki rəis müavinini sərəncama göndərdi


Zərdab Rayon Polis şöbəsinin iki rəis müavini sərəncama göndərilib.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib.

Onların hər ikisi sərəncama götürülüb.

Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR