Rəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLAR

6-03-2024, 05:27 19 dəfə baxılıb

Rəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLAR


Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb.

“Bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.

Qeyd edək ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.

Rəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLARRəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLARRəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLARRəsulzadənin məzarı abadlaşdırıldıqdan sonra - FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR