Azərbaycanda yeni nazir təyinatı

20-02-2016, 13:18 720 dəfə baxılıb

Azərbaycanda yeni nazir təyinatı












Vasif Talıbov sərəncam imzalyıb

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.

APA-nın məlumatına görə, bununla bağıl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalyıb.

Sərəncama əsasən Məmməd Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib. M.Qəribov bundan əvvəl təhsil nazirinin müavini olub.

Xatırladaq ki, V.Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR