Üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır

14-11-2024, 11:08 86 dəfə baxılıb


Üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır


10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın mahiyyəti 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sona çatmasından, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və regionda sülh və sabitliyin təmin edilməsindən ibarətdir. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bu Bəyanat həm hərbi əməliyyatların bitməsini təmin edib, həm də gələcək əməkdaşlıq üçün siyasi və iqtisadi zəmin yaradan tarixi sənəddir.
Üçtərəfli Bəyanat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməsini rəsmiləşdirdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla qaytarılması ədalətin bərpasını simvolizə etdi. Bəyanatla hərbi əməliyyatlar dərhal dayandırıldı və atəşkəs elan edildi. Bu, regionda müharibənin bitməsi və uzunmüddətli sülhün qurulması üçün əsas addım oldu. Bəyanat həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq, bu da regional iqtisadi əməkdaşlığı və ticari əlaqələri gücləndirəcək. Bu da iqtisadi əlaqələr bütün Cənubi Qafqazın inkişafına xidmət edəcək.
Üçtərəfli Bəyanat Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bu bəyanat, gələcək sülh prosesləri üçün siyasi dialoqun əsasını qoydu. Bu sənəd regionda qarşılıqlı maraqlar əsasında diplomatik münasibətlərin inkişafı üçün çərçivə təklif edir. Bəyanat Azərbaycanın regionda geosiyasi mövqeyini daha da möhkəmləndirdi və ölkənin beynəlxalq nüfuzunu artırdı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR