Şamaxıda içməli su qəhətə çıxıb

17-08-2015, 14:20 917 dəfə baxılıb

Şamaxıda içməli su qəhətə çıxıb




















Əhali Kərbəla müsibəti yaşayır, rayon rəhbərliyi isə tədbir görmək istəmir

Şamaxıda əhali içməli su üzünə həsrət qalıb. Bu barədə redaksiyamıza rayon camaatı məlumat verib.

Onların bildirdiyinə görə, artıq rayonda xeyli müddətdir dözülməz vəziyyət yaşanır. Etdikləri şikayətlərə isə əhəmiyyət verən yoxdur.

Şamaxılılar Prezident İlham Əliyevə müraciət edərək, rayondakı vəziyyətlə bağlı tədbir görməsini istəyirlər. Onlar qeyd edirlər ki, rayonun rəhbərliyi birmənalı olaraq içməli su problemini çözmək istəmirlər. «Biz nə edək? Dərdimizi kimə deyək? İcrabaşçısı Asif Ağayevə şəxsən vəziyyəti bildirmişik, amma heç bir tədbir görmür».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR