Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı

14-09-2015, 13:28 1051 dəfə baxılıb

Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı

















Masallı rayonu Meşəkənar və köhnə Alvadi kəndlərinin yaxınlığında yerləşən, millət vəkili İqbal Məmmədova məxsus quşçuluq fermasından gələn üfunət qoxusu rayon sakinlərini narahat edir Bu barədə sakinlət BTV-yə yazdığı şikayət məktubunda qeyd ediblər. Onların sözlərinə görə baş çartladan iyidən nə təmiz hava almaq olur nə də həyət-bacada iş görmək. Bu vəziyyətdən təngə gəldiklərini bildirən kənd əhli bu məsələnin həlli üçün müvafiq yerlərə müraciət etdikərini söyləyirlər. Qeyd edək ki , narazılığa səbəb olan fermanın sahibi Lerik rayonu 78-saylı seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədovdur. O, millət vəkilindən daha çox biznesmen kimi tanınır və bu cür qalmaqallı məsələlərdə adı tez-tez hallanır. Xatırladaq ki,bu mövzu ilə bağlı dəfələrlə material hazırlayıb efirə vermişdik. Buna baxmayaraq,hələ ki məsələ ilə bağlı heç bir ciddi addımlar atılmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR