Lapşin Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır: DİQQƏT!

23-01-2019, 15:12 376 dəfə baxılıb

Lapşin Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır: DİQQƏT!


Ermənistanda səfərdə olan, 2016-cı ildə Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan tərəfindən həbs edilən rus blogger Aleksandr Lapşin ölkəmizlə bağlı yeni böhtan kampaniyasına hazırlaşır.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə blogger erməni jurnalistlərinə açıqlamasında qeyd edib. O bildirib ki, Ermənistanın sərhəd bölgələrini gəzmək, “Azərbaycanın atəşinə məruz qalan kəndlilər haqqında” bloqunda yazmaq niyyətindədir.

Lapşin bu məqsədlə Ermənistan XİN-nin mətbuat xidmətinə müraciət etdiyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın guya mülki əhalini atəşə tutması ilə bağlı yalanlar zaman-zaman erməni mətbuatı səslənməkdədir. Həqiqəti əks etdirməyən, böhtan xarakteri bu xəbərlərin dövriyyəyə buraxılmasında məqsəd beynlxalq ictimaiyyətdə Azərbaycan haqqında mənfi təəssürat yaratmaqdır.

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyinə, onun haqqında böhtan xarakterli məlumatlar yaydığına görə Bakı tərəfindən həbs edilən Lapşin, Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır. Deyəsən rus blogger Bakının mərhəmətini Tanrı mərhməti kimi sonsuz hesab edir. Lakin unudur ki, Azərbaycanın mərhəmətinin də bir sonu var və o, bu kəs ölkəmiz haqqında səsləndirdiyi böhtanların hesabını bundan sonrakı həyatını həbsxanada keçirməklə ödəyə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR