İşədüzəltmə ilə bağlı YENİ TƏLƏBLƏR

29-08-2019, 11:42 301 dəfə baxılıb

İşədüzəltmə ilə bağlı YENİ TƏLƏBLƏR


Azərbaycan vətəndaşlarının ölkəmizdə və xaricdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

İnzibati Xətalar Məcəlləsində edilən yeniliyə əsasən Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müraciət edən və ya işlə təmin olunan şəxslərin sayı barədə məlumatları qanunda göstərilən qaydada təqdim etməsə 500 manatadək məbləğdə cərimələnir.


Ekspert Sahib Məmmədov bildirir ki, yeni qaydalar bu sahədə olan boşluqların aradan qaldırılması üçün vacib rol oynayacaq.


Eyni zamanda, Azərbaycanda və xaricdə Azərbaycan vətəndaşlarına işə düzəltmə xidməti göstərən şəxslər tərəfindən əldə olunan məlumatlar elektron qaydada müvafiq icra hakimiyyəti orqanına ötürülməsə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər.


Qeyd edək ki, qeyri-formal məşğulluğun qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Bu isə əmək müqaviləsi ilə işləyənlərin sayının artmasına, eləcə də işçilərin hüquqlarının qorunmasının təmin edilməsinə hesablanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR