Məktəblilərin tətil günləri ilə bağlı NARAZILIQ: - Təhsil eksperti nazirliyi tənqid etdi

29-12-2019, 15:51 313 dəfə baxılıb

Məktəblilərin tətil günləri ilə bağlı NARAZILIQ: - Təhsil eksperti nazirliyi tənqid etdi

“Şagirdlərin 8 gün ardıcıl olaraq məktəbə getməsi onların istirahət rejiminin pozulması deməkdir”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, heç də elə düşünməyək ki, ondan sonra ardıcıl olaraq 7 gün istirahət edəcəklər və bu kompensasiya olunacaq:

“Necə ki, ardıcıl 3 günün yeməyini bir gündə yeyib sonrakı 3 gündə rahat aç qala bilməzsiniz. Digər tərəfdən isə, 28 dekabrda 3 yanvarın, 29-u isə 6 yanvarın dərsini keçib, ardınca isə 30 dekabrın normal dərsini keçmək tədris ahəngini və ardıcıllığını pozur. Yəni siz əvvəl irəli mövzunu tədris proqramına əsasən keçirsiniz, sonra isə geri qayıdıb əvvəlki dərsi. Təklif edirəm ki, aidiyyəti dövlət orqanları 2020-ci ildə işə başlayanda 2020-ci ilin sonlarında olacaq və ümumiyyətlə iş günlərinin ardıcıllığını öncədən müəyyən etsinlər. Bu zaman təhsil sistemi ilə ciddi şəkildə maraqlanmaq lazımdır ki, burada qarşılıqlıq olmasın. Çünki bütün məktəblər 5 günlük deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR