İcra başçısı hansı falçının yanına və niyə gedib?

17-11-2015, 12:40 675 dəfə baxılıb

İcra başçısı hansı falçının yanına və niyə gedib?



















Baxıcı İbrahim Mehdiyevin gələcəyi ilə bağlı pis danışıb, Yasamalın rəhbərinin halı pisləşib

Yasamalın icra başçısı İbrahim Mehdiyevlə bağlı ilginc məlumat yayılıb. Azerbaycaninfo.az xəbər verir ki, icra başçısının oğlu ölkədə qalmaqdan imtina edərək, İngiltərəyə daşınıb. Bundan başqa isə Mehdiyev həmçinin bütün işlərini falçıların verdiyi proqnozlar üzərində qurur.

Sayt yazır ki, Yasamalın icra başçısı onlara verdiyi açıqlamasında «Mənim oğlum yaxşı mütəxəssisdir. Lakin burada iş tapa bilmədi, indi Londonda yaşayır və işlə təmin edilib» deyib. Doğrusu, bir dövlət məmurunun dilindən çıxan bu etiraflar hakimiyyət dairələrinin heç də xoşuna gəlməyəcək. Ən azından ona görə ki, İbrahim Mehdiyevin söylədiyi fikirlər konkret olaraq təmsil etdiyi iqtidarın siyasətinə, üstəlik, apardığı təbliğatına ziddir.

Bu işin bir tərəfi. İşin digər tərəfi də odur ki, İbrahim Mehdiyev dolayı yolla etiraf edib ki, Azərbaycanda iş yoxdur və bu səbəbdən də təhsilli oğlu Londonda məskunlaşmaq məcburiyyətində qalıb. O zaman hökumətin bəyan etdiyi 1 milyon yeni iş yeri məsələsinə necə inanaq? Axı, bu sözü konkret olaraq dövlət məmuru, Prezidentin səlahiyyətli nümayəndəsi deyir.

Aydın məsələdir ki, İbrahim Mehdiyevin oğlu təkcə yaxşı mütəxəssis olduğu üçün deyil, həm də atasının pullarını İngiltərə banklarında yerbəyer etmək, həmçinin həmin pulların bir qismiylə keyf çəkmək üçün Londona yerləşib. Yoxsa, yaxşı mütəxəssis olan oğul Mehdiyevə Azərbaycanda iş tapmaq elə də çətin məsələ deyil.

İşin ən gülməli tərəfi isə odur ki, İbrahim Mehdiyev bütün fəaliyyətini davamlı olaraq yanına getdiyi falçının verdiyi proqnozlarla tənzimləyir. Yəni, baxıcı ona nə deyirsə, o da gedib eynisini edir. Azerbaycaninfo.az-ın yaydığı məlumata görə, sonuncu dəfə baxıcı icra başçısına heç də xoş olmayan proqnoz verib. Nəticədə, Mehdiyevin halı pisləşib.

P.S. Ümumilikdə, Azərbaycanda məmurların falçı yanına getmələri çoxdankı məsələdir. Görünür, əksər məmurlar öz gələcəklərini görə bilmədiklərindən, falçıların, baxıcıların və cadugərlərin ümidinə qalıblar. Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR