"Quba xanı" “Ginnesin rekordlar kitabı”nda: - 3 ilin nəticəsi...

31-07-2020, 10:08 46 dəfə baxılıb

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin kadr siyasəti hhaqda maraqlı araşdırma aparılıb. Bölgədə yaşayan tanınmış jurnalist Cəlal Fərzəliyevin araşdırmalarına əsasən bu icra başçısını Ginnesin rekordlar kitabına salmaq lazımdı.Ən azından heç kəs onun qədər “İSLAHAT”kar deyil. Belə ki, cumhuriyyet. az olaraq həmin araşdırmaya istinadən bildiririk ki, Z.Əliyev 2 dekabr 2017 ci ildə Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İlləri aylara, ayları günlərə bölüb işdən azad edilən məmur sayına bölsək fəsillər də borclu qalar bu haqq-hesaba.
Qeyd edimki Ziyəddin Əliyev Quba rayonun icra başçısı təyin edildikdən indiyədək 5 müavin dəyişib. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, təyinatın ilk aylarında rayon icra hakimiyyəti başçısının birinci müavini olan Yusif Abidov vəzifədən azad edilib. Onun yerinə Ziyəddin Əliyevin istəyi ilə gətilən Aydəmir Manafovda bu postda 1 ildən çox qala bilmiyib.Daha sonra Ziyəddin Əliyev Hümanitar məsələlər üzrə müavin olan Rəxşəndə Bayramovanı işdən uzaqlaşdırır və onun yerinə Səidə Abasovanı təyin edir. Bu təyinatın ardından icra başçısının iqtisadi məsələlər üzrə müavi olan Nəsrulla Vəliyev ilə araları dəyir və başçı dərhal onu da vəzifədən uzaqlaşdırır. Onun yerinə təyin edilən Allahverdi Xudaverdiyevdə bu vəzifədə çox qalmır. İcra başçısı onu özünə birinci müavin təyin edir. Bir neçə müddət keşdikdən sonra Ziyəddin Əliyev özünə daha bir müavin təyin edir. Rayonun Talabıqışlaq Ərazi İnzibati Dairəsinin nümayəndəsi olan Xanlar Heybətov işdən azad edilərək icra başçısının iqtisadi məsələlər üzrə müavini postuna gətilirib.Xanlar Heybətovun yerinə isə onun doğma qardaşı olan Şahin Heybətov yerləşdirilir. Amma bu təyinatında ömrü çox uzun olmur.11 ay sonra Xanlar Heybətovla Ziyəddin Əliyevin aralarında yaşanan instendən sonra başçı dərhal onu vəzifədən kənarlaşdırır. Bir müddət sonra işdən uzaqlaşdırılan icra müavininin icra nümayəndəsi olan qardaşıda icra başçısı tərəfindən vəzifədən çıxarılır. Hələ onun vəzifəyə hansı şərtlərlə təyin edilməsindən danışmırıq. Bundan əlavə Ziyəddin Əliyev Quba rayonuna icra başçısı təyin edildikdən bəri ən çox təyinat olan vəzifələrdən biri Ərazi İdarəetmə orqanları ilə iş şöbəsidir. O əvvəl bu posta olan Nizaməddin Əmrullayevi işdən kənarlaşdırıb yerinə Xaçmazda uzun illər eyni vəzifədə çalışıb keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən işdən qovulan İlham Quliyevi təyin edib.Amma İlham Quliyevlədə qısa zaman ərzində yollar ayrılır və başçı sərəncam verərək onu da vəzifədən azad edir.Daha sonra həmin şöbəyə Taryel İbrahimov təyin edilir.Bir müddətdən sonra rayonun baş mümarını , icra hakimiyyətinin informasiya təminatı və hüquq şöbələrinin müdirlərinidə işlərindən azad edib yerlərinə yeni şəxsləri təyin edib.
Bundan başqa cumhuriyyet.az bildirir ki, icra hakimiyyətində məsləhətçi və digər kiçik vəzifələrdə çalışan 15 dən çox əməktaş da icra başçısının qəzəbinə tuş gələrək işlərindən azad ediliblər. Ziyəddin Əliyev icra başçısı olduğu müddətdə rayonun Yerfi,Alpan,Zərdabi,Valadimirovka,Talabıqışlaq,birinci və ikinci Nügədi, Vəlvələ, Qonaqkənd, Amsar, Rustov, Xucbala, Xaltan, Küpçal, Rük, Alekseyfka, Çiçi və Quba şəhəri üzrə olan ərazi nümayəndəliklərini də müxtəlif səbəblərlə işdən azad edib.Hətta elə məmur varki icra başçısı onu bir yox iki dəfə işdən azad edib. Qeyd edək ki, rayonun Alekseyfka ƏİD üzrə nümayəndəsi olan Ramin Nəcəfov Ziyəddin Əliyev tərəfindən vəzifədən azad edildikdən 11 ay sonra daha böyük bir qəsəbəyə,Zərdabiyə icra nümayəndəsi təyin edilib.Bir müddətdən sonra isə əsassəz səbəblər göstərilərək başçı onu yenidən işdən uzaqlaşdırıb.Bu səbəblərdən yazmışdım.
İndi növbə çatıb icra başçısının birinci müavini Allahverdi Xudaverdiyevə. Artıq vəziyyət elə xautik duruma çatıbki icra başçısı səyyar görüşlərə və rayonda aparılan abadlıq işlərinə baxış keçirmək üçün rayon prakuroru və polis rəisi ilə birlikdə gedir.Keçirilən iclas və müaşvirələrə belə bəzi məmurlar dəvət edilmir.Həmçinin Allahverdi Xudaverdiyevdə. Vəziyyət o həddə çatıbki icra başçısı keçirdiyi videokonfranslarda belə öz müavinləri barədə müxtəlif tənqidlər səsləndirir və hazırlanan xəbər reportajlarında həmin çıxışlardan xüsusi sinxronlar efirə verdirir. Əminəmki montaj stolunda da özü oturur (Allahverdi Xudaverdiyevi 1 ci müavin təyin etmə səbəblərindən biri də onun rayonda xüsusi nüfuza sahib olması oluba hələ).
İndi artıq geridönüş baş verir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, gələn ilk aylarda vəzifədən azad etdirdiyi birinci müavin olan Yusif Abidovu geri qaytarmaq istəyir. Yusif Abidov hal hazırda YAP nın Quba rayon təşkilatının sədridir. Artıq Ziyəddin Əliyev tərəfindən işdən uzaqlaşdırılan bir neçə şəxs onlara qarşı edilən haqsızlıqlar barədə ölkə başçısına və aiddyyatı dövlət strukturlarına yazılı müraciət ediblər. Bu onların hüququ və haqqıdır. Bir rayonda şəxsi anbisiyaları və subyektiv maddi – mənəvi maraqlarına görə bu qədər cəbhə yaradıb narazılıq əmələ gətirmək nə deməkdir…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR