Ağstafada kritik iclas: - “həbs edilən” digər müavin də...

20-12-2019, 13:15 100 dəfə baxılıb

Ağstafada kritik iclas: - “həbs edilən” digər müavin də...


Dünən başçısı həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətində məlum səbəblərdən hazırda ümumi iclas keçirilir. İclasda icra başçısı və birinci müavinlə birgə həbs edildiyi deyilən başçının digər müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da iştirak edir.

Bu barədə Axar.az-a Ağstafa Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hələlik rayon icra başçısı vəzifəsini icra edən təyin edilməyib.

L.Eyyubovanın köməkçisinin sözlərinə görə, L.Hüseynovanın həbsi ilə bağlı yayılan məlumatlar yalandır:

“Lalə xanım iş başındadır. Hazırda İcra Hakimiyyətində iclas keçirilir. Lalə xanım da iclasda iştirak edənlərdən biridir”.

İcra hakimiyyətində təşkil olunan iclası isə kimin keçirdiyi məlum deyil.
Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün N.Quliyev vəzifəsindən azad edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR