"HÜQUQLARIMI TƏLƏB ETDIYIMƏ GÖRƏ IŞIMDƏN QOVULDUM"

10-04-2014, 18:52 531 dəfə baxılıb

"HÜQUQLARIMI TƏLƏB ETDIYIMƏ GÖRƏ IŞIMDƏN QOVULDUM"

Imişli payon sakini Zaur Quliyev Azərbaycan Şəkər Istehsalat Birliyindən şikayətçidir.

2003 -cü ildən Azərbaycan Şəkər Istehsalat Birliyinin inşaat tikintisi sexində usta kimi çalışıram.Qanunla 9 saat işləməyimiz tələb olunsa da şənbə və bazar günləri daxil olmaqla əlavə işə cəlb olunmuşam. 2009 cu ildən 2011 ci ilə dək 8 saatlıq iş rejiminə keçsək də mən və digər mənim kimi işçilər 12saat,3 növbədə qanunsuz işlədilmişik. Lakin 8 saatın pulun almışıq.Bundan başqa işlədiyim yem bölməsində insan orqanizminə ziyan verən tozlar olduğu halda işçilərə qoruyucu maska verilmirdi.O cümlədən 27 metr hündürlükdə işləməyimizə baxmayaraq qoruyucu kəmər və qoruyucu papağimiz da yox idi. Tez-tez əlavə işlərə cəlb olunsaq da bunun müqabində əmək haqqı almırdıq.Bütün bu qanunsuzluqlarla bağlı"Azərsun"-un prezidentinə dəfələrlə şikayət yazmağıma baxmayaraq,cavab ala bilməmişəm. 11 sentyabr 8 günlük məzuniyyət götürdüm..Bir gün keçmiş Imişli Rayon Polis şöbəsinin müvəkkili yaşdığım evə gəlib məni polis rəisinin yanına apardı.Çatan kimi rəisin müavini niyə Şəkər zavod rəhbərliyindən şikayət yazdığımı soruşdu.Nədən şikayətçi olduğumu söylədim.O isə şikayəti geri götürməyi tapşirdi.Əks halda ən yaxşı halda işdən azad olunacağımı dedi. 8 gün sonra məzuniyyətim bitdiyi üçün işə qayıtdım.Giriş kartım bloklandığına görə zavoda daxil ola bilmədim.Bu haqda direktora məlumat verdim.Şikayət etdiyinə görə işə buraxılmayacaqsan dedi. Sentyabrın 24ü yenidən "Azərsun "şirkətinə şikayətə getdim.Orada məni hədələdilər ərizə yazıb, öz xahişimlə işdən azad olmağımı tapşırdılar.Əlbəttə ki, mən bu təkliflə razılaşmadım. Bundan sonra başıma nə gətirəcəklərin bilmirəm.Hal-hazirda hüquqlarımı tələb etdiyim üçün işə buraxilmiram.Azərsun rəhbərliyi isə susur.

Vüsalə Quliyeva


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR