Bazarlarda yeni soyğunçuluq növü

28-11-2015, 12:49 721 dəfə baxılıb

Bazarlarda yeni soyğunçuluq növü













Pul xırdalamaq üçün yaxınlaşırlar və əlində olan bütün pulları alıb qaçırlar

azinfo.tv-nin Milli.Az-a istinadən verdiyi xəbərə görə, artıq bu barədə polisə bir neçə şikayət daxil olub.

Bunlardan biri də Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən bazarda baş verib.

Ağdaş rayon sakini, 1953-cü il təvəllüdlü Rafiq Rəfiyev bildirib ki, naməlum bir şəxs ona yaxınlaşaraq 20 manatı xırdalamasını istəyib. O, həmin pulu xırdalamaq üçün cibindəki pulları çıxarıb. Bu zaman naməlum şəxs onun əlində olan 130 manatı dartıb alaraq qaçmaq istəyib. R.Rəfiyev isə cəld tərpənərək pullarını əlində bərk sıxıb, lakin bu da onun pulunu qorumayıb. Belə ki, 130 manat pul ortadan tam bölünüb. Cəhdinin boşa çıxdığını görən həmin şəxs ortadan cırılan pulları onun sifətinə tullayaraq qaçıb gedib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR