Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı

3-08-2015, 12:24 1246 dəfə baxılıb

Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı

















Faktla bağlı araşdırmalar aparılır

Bakıda mənzildən oğurluq edilib.

Lent.az-in məlumatına görə, Səbail rayonu Asif Məmmədov küçəsində yaşayan 1941-ci il təvəllüdlü İsmayılov Yaşar Muxtar oğlu bildirib ki, naməlum şəxs və ya şəxslər saat 02-dən 07:45-dək, yəni onun yatmış olduğu vaxt mənzilə soxulub. Mətbəxin açıq qalmış pəncərəsinin setkasını kəsən oğru daha sonra qonaq otağına daxil olub.

Buradan 2 ədəd telefon və 100 manatlıq qab-qacaq oğurlayan naməlum şəxs soyuducudakı 2 kiloqram əti də özü ilə aparıb.

Faktla bağlı araşdırmalar aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR