19 min nəfər bazar günü imtahana necə gedəcək? - Avtobuslar işləmir, metro bağlıdır

23-02-2021, 15:21 79 dəfə baxılıb

Həftəsou ictimai nəqliyyatın işləməməsi, metronun isə artıq çoxdan bağlı olmas daha bir problemi ortaya qoyub. Bele ki, Dövlət İmtahan Mərkəzi 28 fevralda magistraturaya qəbul imtahanı keçirəcək. Bu isə 19 mindən artıq bakalavrın imtahana necə gedəcəyi problemini yaradıb.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov problemə diqqəti çəkib:

"19 mindən artıq bakalavr sənəd verib, imtahanda iştirak edəcək. İndi bu qədər insan imtahana necə gedəcək? Tutalım getdi, telefonla imtahanda iştirak edə bilməz. Gərək telefonu saxlamağa özü ilə bir də əlavə şəxs aparsın. Taksi çıxış yolu deyil. Çünki adi şənbə və bazar günləri taksi tapmaq mümkün deyil. Çünki imtahanda telefonu saxlamaq üçün yer olmur".

Ekspert müvafiq qurumun bu şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsi üçün müraciət edəcəyini gözləyir:

"Mütləq şəkildə bu həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləməlidir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR