Rəfail Mehralıyev: Mehriban Əliyeva ölkəmizin quruculuq salnaməsinə sanballı töhfələr verməkdədir

24-08-2021, 10:35 103 dəfə baxılıb

Rəfail Mehralıyev: Mehriban Əliyeva ölkəmizin quruculuq salnaməsinə sanballı töhfələr verməkdədir

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev- Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş uzaqgörən və müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi həyatında, beynəlxalq əlaqələr sistemində, sosial-iqtisadi və digər sahələrdə mühüm uğurların əldə edilməsinə səbəb olmaqdadır. Bu uğurlarda Cənab Prezidentin İlham Əliyevin layiqli həyat yoldaşı, ən yaxın silahdaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyavanın əvəzolunmaz xidmətləri vardır. Mehriban xanım böyük ictimai-siyasi dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyəti ilə dövlətimizin inkişafında misilsiz rol oynamaqdadır. O, Azərbaycanın inkişaf quruculuğunda zəngin töhfələrinizlə bərabər, həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində fəal iştirak edir, vətəndaşlarımızın xoşbəxt gələcəyi naminə Cənab İlham Əliyev ilə çiyin-çiyinə çalışır.

Azərbaycanın Birinci xanımı, ilk növbədə, milli maraqların keşiyində duran xadimdır. Məhz Onun birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. O, Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. O, hələ Milli Məclisin deputatı seçildiyi gündən Azərbaycan dövlətçiliyinin – milli müstəqilliyimizin qorunmasına, ölkəmizin ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən qərar və qanunların qəbul olunması üçün mühüm təşəbbüslərlə çıxış etmiş, müstəqil Azərbaycanın müasir mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır.

Hər zaman olduğu kimi Mehriban xanım hazırda Cənab Prezidentlə birgə Azərbaycanın qürurverici yeni tarixinə öz zəngin imzasını atmaqdadır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Ali Baş Komandan və Onun Müzəffər Ordusunun məğrur dayandığı işğaldan azad edilmiş torpaqlarımıza baş çəkir, davamlı səfərlər zamanı aparılan bərpa və quruculuq işləri ilə birbaşa tanış olur, mühüm obyektlərin təməlini atır, tarixi torpaqlarımızın dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın tarixi simasının özünə qaytarılmasında böyük həssaslıq və fədalarlığını əsirgəmir.
 
Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin  işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb. Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.
Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır. 
Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılir. Lakin təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək  yol kənarlarına, pakrlara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə  və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlərimiz, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhərimizi çirkləndirir.    
Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcəkdir.
 
loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR