Bakıda xəstəxanada xəstəni döydülər

8-01-2016, 10:51 795 dəfə baxılıb

Bakıda xəstəxanada xəstəni döydülər
























Elgün Bəşirli: "Məni "İnterAz"ın rəhbəri döydürdü"

"Məni "İnterAz"ın feysbuk səhifəsində paylaşdığı yazıları tənqid etmişdim. Üç saat sonra Tv-nin rəhbəri Mətləbin yaxın dostu mənə zəng etdi və hansı xəstəxanada olduğumu soruşdu. Ünvanı dedim. Bir saat sonra Mətləb qardaşı oğlunun profili ilə mənə yazdı. Məni təhdid etdi".

Bunu Arqument.Az-a Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanasında müalicə alan Masallı rayon sakini Elgün Bəşirli yazıb.

Onun sözlərinə görə, Tv rəhbərliyi tənqid yazdığına görə onu döydürüb və hazıra xəstəxanada yatır: "Səhəri gün xəstəxanadan çıxıb saçımı qırxdırmağa getmişdim. Maskalı şəxslər xəstəxanaya gəlib və məni soruşublar. İki saatdan sonra xəstəxanaya qayıtdım, ağzımda da xəstəxanadan verilən qoruyucu maska var idi. Bu zaman həmin şəxslərdən biri mənə yaxınlaşdı. Mən geri qayıdıb mağazaya getdim, çünki birdən yadıma düşdü ki, mağazadan bəzi əşyalar almalıyam. Xəstəxananın həyəti ilə gedərkən bu şəxs də 20-30 metr mənimlə birgə addımladı. Sonra geri qayıtdı. Mağazadan bəzi lazımlı əşyaları alıb xəstəxanaya qayıtdım. Xəstəxanaya çatanda bu adam yenə də mənə yaxınlaşıb: "Elgün Bəşirov sənsən?" - deyə soruşdu. "Bəli, mənəm" - dedim. Bu vaxt məni yumruqla vurmağa başladı. Bu vaxt xəstəxananın qarşısında bir maşın dayandı. O, maşını görən kimi qaçdı. Maşınla gələn qardaşım və kürəkənim idi, onlar mənə baş çəkməyə gəlmişdilər. Xəstəxananın mühafizəçisi də baş verənlər qarşısında donub qalmışdı".

Elgün Bəşirli deyir ki, hadisə barədə polisə xəbər verib: "Mən tez polisə zəng etdim. ATV kanalından da gəlib çəkliş etdilər. Efirə də gedib bu çəkiliş. Amma dediyim bəzi hissələri efirə verməyiblər, konkret ad çəkmədilər. Mən bir aydır xəstəxanada mülaicə olunurdum. İndi bunlar məni döydürüb yenidən xəstəxanalıq etdilər".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR