Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb

5-03-2024, 17:46 32 dəfə baxılıb

Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb


Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb. Elə Azərbaycan Respublikası da bunun üçün əla imkanlar yaradır, buna da nümunə olaraq Dövlət Təqaüd Proqramını göstərmək olar, hansının sayəsində hər il 400 tələbə dünyanın ən yaxşı universitetlərində təhsil alır. Bunlar artıq mümkün və əlçatan olduğu üçün, tələbələrin də təcrübəli ekspertlərin tövsiyələrinə ehtiyacı vardır. Aisa Aslanova, Pilgrim Education MMC təsisçisi və icraçı direktoru Azərbaycanda fəaliyyət göstərən yeganə xaricdə təhsil üzrə mütəxəssisidir ki, bu sahə ilə bağlı ətraflı bloq aparır. Hal – hazırda 1000 yaxın tələbə Aisa Aslanovanın və komandasının bələdçiliyi altında müxtəlif ölkələrdə və aparıcı müəssisələrdə təhsil alır. Dövlət Proqramı 2022-2026, HTP və s. kimi təqaüdlər müsahibə mərhələsi əsnasında tələbələri qalib elan edir, Aisa Aslanova komandası ilə birgə tələbələri həmin mərhələyə də hazırlayır.

Məsələn, şəkildəki tələbə Cavid Novruzov tərcümə üzrə təhsil alır, lakin arzusu diplomat olmaqdır. Aisa Aslanovanın məsləhətilə Cavid ICYF-ERC və AZMUN kimi qurumlarda özünü aktiv göstərdi, hətta müxtəlif nominasiyalarda qalib oldu. Hal – hazırda isə o dünya üzrə 32-ci yerdə olan Manchester universitetinə beynəlxalq münasibətlər üzrə qəbul əldə edibdir.

Əgər Aisa Aslanovanın konsultasiyasından yararlanmaq istəyirsinizsə sadəcə səhifəsinə (@aisaisaslanova) keçid edə bilərsiniz, çünki onun Instagram səhifəsində 10-a yaxın test var, hansından keçəndən sonra tələbə müxtəlif faydalı məlumatları tam – ödənişsiz şəkildə əldə edir. Unutmayın, Aisa xanımın da dediyi kimi, xaricdə təcrübə yaşamaq əladır, amma mütləq toplanılan biliyi bizim vətənimizdə tədbiq etməlidirlər. Bu bir – başa ölkəmizin inkişafında böyük bir rol oynayacaqdır!


Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb
Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb
Son illərdə xaricdə təhsil sahəsinə tələbələrin marağı artıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR