Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub - Fotolar

Bu gün, 05:41 6 dəfə baxılıb

Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub - Fotolar


Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.
Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.
Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub.
PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub - FotolarParlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub - FotolarParlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub - Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR