Sabahdan bu zolaqlar qüvvədən düşür

Dünən, 09:17 18 dəfə baxılıb

Sabahdan bu zolaqlar qüvvədən düşür


Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sabahdan sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.

Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR