Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

Bu gün, 09:20 4 dəfə baxılıb

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq


Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.

Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.

Həmçinin, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək.

Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.

Bununla bərabər, dəyişikliyə görə müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR