Şəmkir səhiyyəsinə şər yapışmadı

31-10-2018, 14:26 371 dəfə baxılıb

Şəmkir səhiyyəsinə şər yapışmadı

Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür etmir. Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır. Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür. İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir.
Mətbuat cəmiyyətin aynasıdır deyirlər. Ancaq çox hallarda arrtıq bu reallığı əks etdirmir.
Nədən ki, bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır.Qərəzli məlumatların yayılmasına maraq var. Son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyəti yoxdur. Bəzi saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlamaqla məşğuldur. Hadisələrə etik media kontekstindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsipə əməl olunmur. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır.
Bugünlərdə saytlarda Şəmkir rayon Səhiyyə İdarəsində guya baş verən neqativ hallarla bağlı yazılar gedib.
Guya rayona yoxlama gəlib, icra başçısının tələbi ilə həır səhiyyə işçisindən 100 manat pul yığılır.
Lap Qoqolun “Müfəttiş” əsərindəki kimi. Sadəcə milli “Bobçinski” və “Dobçinski”nin kim olduğunu yazmayıblar.
Bu məlumatın qərəzli olması ilk baxışdan görünür. Əvvala elə səhiyyə işçiləri var ki, məvacibləri kiçikdir. Təsəvvür edirsiniz , rayon yerində kasıbın maaşından 100 manat tutulsun. Axı bu absurddur. İcra başçısı, səhiyyə şöbəsi istəyərmi ki, rayonda kütləvi narazılıq olsun.
Rayon başçısını dezinformasi ilə vurmaq, üstəlik səriştələri, profesionallıqları ilə respublikada tanınan Şəmkir səhiyyəsini bu işdə hallandırmaq etik qaydalara sığlmır.
Nə rayona, nə başçıya, nə səhiyyə işçilərinə sadəcə bu xəbər yapışmır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR