"Bizə sənət öyrədin"-12 saylı Peşə Litseyindən ŞİKAYƏT

7-12-2018, 12:51 798 dəfə baxılıb

"Bizə sənət öyrədin"-12 saylı Peşə Litseyindən ŞİKAYƏT


Bizdən fərqli olaraq 200 illik təhsil ənənəsi olan Finlandiyada şagirdlərin 43%-i peşə liseylərinə yönəlir. Məktəblərdə normal təhsillə bərabər peşə təhsili də verilir. Hər şagird məktəbi bitirdiyi zaman marağında olduğu peşəyə yiyələnəcək qabiliyyətə sahib olur. Şagirdlər arasında aparılan sorğudan məlum olur ki, hər sinifdən 1-2 nəfər mühəndis, ya da həkim olmaq istəyir, çoxu aşpaz, idmançı və ya xidmət sahəsində peşələr seçəcəyini söyləyir. Bu o demək deyil ki, fin uşaqlarının hamısı istedadlıdır, sadəcə təhsil sistemi kütlədən brilyant yetişdirə bilir. Hər bir şagirdə qabiliyyətinə uyğun yanaşılır və onun peşəkar ola biləcəyi sahə cilalanır. Bu mənada Finlandiya təhsil sistemindən öyrənəcəklərimiz var. Çünki son təhlillərə görə, ölkəmizdə IX sinfi bitirən və buraxılış imtahanında “2” və “3” qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. Bəs bu uşaqlar hara gedir?
Bu sualın hələ ki, bir cavabı yoxdur. Çünki bu araşdırılmayıb. Amma onların peşə məktəblərinə yönləndirilmədikləri dəqiqdir.
Belə ki, Azərbaycanda orta məktəb məzunlarının yalnız 11%-i ilk peşə-ixtisas təhsili məktəblərinə müraciət edir. Əvvəl bu rəqəm daha çox olurdu.

Buna isə səbəb var.

30 il əvvəl peşə məktəblərində xüsusi peşə yönümlü işlər aparılırdı. Uşaqlar çilingər, operatorluq, iaşə xidmətləri barədə məlumatlı olurdular. Özlərinə uyğun bildikləri peşəyə istiqamətlənirdilər. Peşə məktəblərinin həmin dövr üçün yaxşı maddi texniki bazarı var idi. Məzunları da bazarda özlərinə uyğun yer tapırdılar. Bəzən ali təhsilli mütəxəssis peşə məktəbi məzunu olmuş şəxsdən öyrənirdi. Peşə təhsili ilə bağlı kitablar nəşr olurdu. Müəllimlər peşəkar idilər.
İndi nə düz-əməlli texnika baza var, nə də pedaqoq.
Məsələn götürək Bakıxanov qəsəbəsindəki Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzini.
Qeyd edək ki, bu məktəb 1974-90-ci illərdə Texniki Peşə Təhsili Komitəsinin UİKGİ-nin 50 illiyi adına 74 saylı şəhər orta Texniki Peşə Məktəbi adlanırdı.
1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılıb.
Peşə Təhsil Mərkəzində hal-hazıda aşağıdakı ixtisaslar üzrə təhsil proqramları həyata keçirilir:

1. Ağacdan bədii məmulatlar hazırlayan usta
2. Geniş profilli dəzgahçı
3. Çörək ustası
4. Aşpaz
5. Qənnadçı-şirniyyatçı
6. Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı
7. Kimyəvi analiz laborantı
8. Laborant-mikrobioloq


Bax elə birinci sənətlə bağlı bu gün bazarda xeyli mütəxəssisə ehtiyac var. Amma di gəl bu sənətui uşaqlar öyrənə bilmir.
Çünki həmin sənəti onlara öyrədən Fərhad Hacıyev həm ustadı, həm baş usta həm də həmkarlar komitəsinin sədri. Yəni üçü birində. Ona görə öyrətməyə vaxt tapmır.Ağac nəqqşlığı qrunun rəhbəri ədəbiyyat müəlliməsi olan Nahidə xanımdır. İndi həmin qrup az qala üsyan qaldırır ki, bizə sənət öyrədin.
Qeyd edək ki, əvvəlki rəhbərliyin vaxtında bu məktəbdsə 86 min manat yeyinti olmuşdu. Bu məsələ ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Şahin Bəylərova sual verdik. O bizə mühasibin nömrəsin verdi. Sonuncu isə sualdan yayındı. Görünüre yayınmağa səbəb var. Şahin Bəylərov o vaxt müavin işləyirdi, yaqin ki, bu işlərlə də əlaqəli olub. Araşdırmamız davam edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR