Hollivud ulduzu ağır qəzaya düşüb

4-09-2019, 15:22 316 dəfə baxılıb

Hollivud ulduzu ağır qəzaya düşüb

Hollivud ulduzu, "Çox qorxulu kino-3”, "Çox qorxulu kino-4” və "Kişi kimi fikirləş” filmlərinə görə xüsusilə məşhurlaşmış komik Kevin Hart Malibuda (Kaliforniya ştatı) avtoqəzaya düşüb.

Azerinfo.tv Koliforniya ştatı yol patrul polisinin məlumatına istinadla xəbər verir ki, qəza nəticəsində daha iki nəfər xəsarət alıb. Bildirilir ki, Hart və sürücü Cared Blək onurğa sütunundan ciddi xəsarət alıb. Onlar dərhal yerli xəstəxanaya çatdırılıblar. Məlum olub ki, Harta məxsus avtomobilin sükanı arxasında Blək olub. O, bir anlığa idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb dərəyə aşıb. Maşında daha bir nəfər qadın olub. Onun tibbi yardıma ehtiyacı olmayıb, Hard və Blək isə ağır vəziyyətdirlər. Polis onu da əlavə edib ki, hadisə zamanı sürücü içkili olmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR