Tatlısəsin bəyəndiyi azərbaycanlı “O səs Türkiyə”də - VİDEO

9-11-2015, 13:29 937 dəfə baxılıb

Tatlısəsin bəyəndiyi azərbaycanlı “O səs Türkiyə”də - VİDEO
















Nigar Qasımzadə “Sən ağlama” mahnısını səsləndirib

Daha bir azərbaycanlı ifaçı “O səs Türkiyə” yarışmasına qatılıb.

azinfo.tv-nin Axşam.az-a istinadən məlumatına görə, Nigar Qasımzadə adlı gənc 3-4 il əvvəl İbrahim Tatlısəslə tanış olduğunu və onun məsləhəti ilə yarışmaya qatıldığını bildirib:

“Onun pərəstişkarıyam. Bir dostumun vasitəsiylə onunla Azərbaycan səfəri zamanı tanış oldum. Mahnı oxudum, çox bəyəndi. “Sən “O səs Türkiyə"yə getsən, birinci olarsan” demişdi".

N.Qasımzadə “Sən ağlama” mahnısını səsləndirib. Münsiflər gənc qızın ifasını bəyənməyib.

Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə Ebru Gündeş, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz əyləşir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR