Bakıda tanınmış aktyorun obyekti qarət olundu

23-11-2015, 12:19 1000 dəfə baxılıb

Bakıda tanınmış aktyorun obyekti qarət olundu


















Oğurluq edən şəxslər saxlanılıblar

Bakıda yaşayış kompleksində yerləşən bir neçə mağaza qarət olunub.

azinfo.tv criminal.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Uğur-2 kompleksində yerləşən ticarət obyektlərindən oğurluq edilib.

Naməlum şəxslər iki mağazanın qapısını sındıraraq içəri daxil olublar. Mağazalardan birindən 700 manat dəyərində ərzaq məhsulları aparıblar.

Qarət olunan digər mağaza isə tanınmış aktyor Əjdər Həmidova məxsusdur. Aktyorun mağazasında kassadan cəmi 7 manat pul aparıblar. Bundan başqa bir neçə mağazanın qapısını qırmağa cəhd ediblər.

Oğurluq edən şəxslər artıq Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən saxlanılıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR