"Röya kimdən nə eşidirsə, inanır"

6-08-2020, 21:00 177 dəfə baxılıb

"Röya kimdən nə eşidirsə, inanır"


Aparıcı Afaq Gəncəli şou-biznes nümayəndələri haqda fikirlərini bölüşüb.

“ATV maqazin onlarla” verilişində qonaq olan aparıcı ilk olaraq Murad Arifdən danışıb. O bildirib ki, Murad tez-tez depressiyaya düşür. Xalq artisti Tünzalə Ağayevaya isə uzun saçların yaraşmadığını, qısa saçların onu cazibədar göstərdiyini vurğulayıb.

Xalq artisti Röya Ayxana gəldikdə "Kimdən nə eşidir inanır. Birinci xəbəri eşidən kimi rekasiyasını verir. Heç bir araşdırmır" sözlərini deyib.

Qeyd edək ki, Afaq ilə Röya uzun müddət küsülü qalıb. Məşhurlar arasındakı küsülülüyə səbəb “ATV maqazin onlarla” verilişində Röyanın əleyhinə yayımlanan süjet olmuşdu. İradə İbrahimovanın süjetdə Röyanın əleyhinə dediyi sözlər onun xoşuna gəlməmişdi. Röya etirazını bildirdikdə isə Afaq Gəncəli sənətçi ilə bağlı verilişində süjetlər yayımlanmasına qadağa qoymuşdu. Onlar toy məclislərin birində barışıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR